Kerri Rusiyanı ittiham etdi
ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda çıxışı zamanı Rusiyanı qoşunlarını Suriyada idarəedilməyən bombalardan istifadə etməkdə ittiham edib.
Oxu.Az “Vesti”yə istinadən xəbər verir ki, o, bu bombaların dinc sakinlərin üzərinə düşdüyündən əmindir.
Kerri, Moskva hədəfə dəqiq yönləndirilməsi mümkün olmayan raketlərdən istifadə etdiyini dəqiqləşdirib.
“Buna son qoyulmalıdır”, - o əlavə edib.
Mənbə:> Oxu.Az