"BMT atəşkəsə nəzarət edə bilməz"
BMT hələ ki, Suriyada sülhün təmin olunmasına nəzarət edə bilmir.
Axar.az CNN-ə istinadən xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.
Onun sözlərinə görə, hazırda atəşkəsin təmin edilməsi üçün Suriyada sülhməramlı qüvvələrin və ya beynəlxalq nəzarətçilərin yerləşdirilməsi mümkün deyil. Buna görə də atəşkəsə nəzarət edilməsi hazırda müəyyən qədər mümkünsüzdür.
Mənbə:> Axar.az