Almaniya: "Türkiyə təhlükəsiz ölkə elan edilsin"
Türkiyə miqrantlar üçün təhlükəsiz ölkə elan edilməlidir.
Axar.az xəbər verir ki, bunu Almaniya Baş nazirinin müavini Siqmar Qabriel deyib.
“Türkiyə təhlükəsiz ölkələr siyahısına əlavə edilməlidir. Lakin bu, Türkiyədən sığınacaq almaq üçün müraciət edən şəxslərin araşdırılmaması anlamına gəlməməlidir. Bundan sonra da Türkiyə Cümhuriyyətinin vətəndaşları Almaniyadan sığınacaq almaq üçün müraciət edə bilərlər. Lakin müəyyən araşdırmalardan sonra onlara sığınacaq verilə bilər”, - Qabriel vurğulayıb.
Mənbə:> Axar.az