KİV: Kreml Ukraynadakı agentlərini Kiyevə satacaq
Kreml Donbas və Luqanskdakı sepratçıların liderlərini Kiyevə təhvil verməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat artıq bununla bağlı Moskva və Kiyev arasında danışıqların aparıldığını bildirib:
“Moskva Kiyevdən yalnız Donbas və Luqanskdakı seçkilərin tanınmasını istəyir. Əgər Ukrayna bununla razılaşsa, o zaman Putin Zaxarçenko və Plotnitskinin hakimiyyəti könüllü şəkildə tərk etməsini istəyəcək”.
Qeyd edək ki, bundan öncə mətbuatda Rusiyanın Ukrayna ərazilərindən çıxacağı və bununla əlaqədar olaraq Kiyevlə gizli danışıqlara başladığı haqqında informasiya yayılıb.
Mənbə:> Axar.az