İŞİD Türkiyəni zəif yerdən vuracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

İŞİD Türkiyəni zəif yerdən vuracaq

İŞİD Türkiyəni zəif yerdən vuracaq


İŞİD terror təşkilatı su anbarları və su mənbələri vasitəsilə xəstəliklər yaymağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Şimali İraq Kürd Muxtariyyətinə yaxınlığı ilə tanınan “Rudav” kanalının türk xidməti bildirib.

Terror qruplaşmasının hədəflərindən biri də Türkiyədir. Məlumata görə, kəşfiyyat qurumlarının hazırladığı və təhlükəsizlik güclərinə göndərilən xəbərdarlıqda İŞİD-in vəba xəstəliyini yaymaq üçün ələ keçirdiyi xardal və xlorin istifadə edəcəyi bildirilib.

Terror qruplaşmasının Türkiyədə çox tanınmayan, heyvanlardan keçən və vəbaya bənzəyən “tularemi” xəstəliyinin törədicisi ilə hücum edəcəyi xəbərdarlığı edilib.

Qeyd edilir ki, Türkiyənin tibbi sistemi “tularemi” haqqında çox məlumatlı olmadığı üçün ölkənin belə bir hücuma məruz qalacağı halda böyük itkilər verə bilər. Gəmirici heyvanlardan insanlara keçən bakteriyanın səbəb olduğu bu xəstəliyin ən əhəmiyyətli xüsusiyyəti əlamətlərinin bir çox xəstəliklə eyni olmasıdır. Bu isə epidemiyanın gec müəyyənləşdirilməsinə səbəb olur.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *