Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib
Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanması perspektivləri barədə müzakirələr aparılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
O, “Dağlıq Qarabağ: Cənubi Qafqazda sülh, müharibə və ya çıxılmaz vəziyyət perspektivləri” konfransında iştirak etdiyini bildirib.
Mənbə:> Oxu.Az