İsrailli nazir: Əgər seçməyə qalsa, mən İŞİD-ə üstünlük verirəm
İsrailin əsas düşməni İrandır.
Oxu.Az İsrail KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə naziri Moşe Yalon Milli Təhlükəsizlik Tədqiqatlar İnstitutunun (İNSS) konfransında bildirib.
Yalon vurğulayıb ki, İran silah satmağa hazır olan hər kəsdən milyon dollarlıq silah alır, eləcə də Yaxın Şərqdə yerləşən “oyuncaq”larını maliyyələşdirir və silahlandırır.
“İranın terrorist infrastrukturu bu gün hər beş qitədə mövcuddur. “Nüvə” sazişi nə əldə etdi? Parçalayan materialların istehsalat texnologiyasının saatını üç aydan bir ilə qədər dəyişdi” - nazir deyib.
Moşe Yalon vurğulayıb ki, İran özünü güclü hesab edərsə, bu müqavilənin qüvvədə olma müddəti bitməmiş buradan çıxacaq.
“Suriyadakı vəziyyətə gəldikdə isə, həm Rusiya, həm də ABŞ-da İranı problemin həllinin bir hissəsi və əsas oyunçu hesab edirlər, problem göz qabağındadır.
Bizə hansı seçimi qoyurlar? İŞİD və ya İran? Belə deyim, əgər seçim etmək lazım gəlsə, mən İŞİD-i seçirəm, o daha zəifdir” - nazir deyib.
Mənbə:> Oxu.Az