FAT: "İsrail sülh prosesinə zərbə vurur"
Yaxın Şərqdə sülh prosesləri ilə bağlı müzakirələrin dayanmasının səbəbi İsrail hökumətidir.
Axar.az xəbər verir ki, bu sözləri Fələstin Azadlıq Təşkilatının (FAT) baş katibi Saib Ərikat Əlcəzayir Xarici İşlər naziri Ramtan Lamamra ilə görüşündə deyib.
“İsrail sülh prosesinə zərbə vurur. İordan çayının qərb sahilində və Qüdsdə aperteid rejimi yaratmaq məqsədilə Fələstin xalqına qarşı müharibə aparırlar. Müdafiəsiz Fələstin xalqı müharibədən, işğaldan, mühasirədən əziyyət çəkir”, - Ərikat vurğulayıb.
Mənbə:> Axar.az