Fələstin lideri: "Kürdüstan dövləti yaradılsın"
Fələstin xalqının azadlığa qovuşması və suverenliyə sahib olması üçün beynəlxalq aləmin dəstəyinə ehtiyacı var. 1967-ci ilə qədər olan sərhədlər nəzərə alınaraq, Fələstin və İsrail arasında sülh istəyirik.
Axar.az xəbər verir ki, bu sözləri Fələstin lideri Mahmud Abbas Yunanıstan Baş naziri Aleksis Çiprasla Afinada görüşü zamanı deyib.
“Bölgədə işğalçılıq siyasətinə son qoyulmalıdır. İsrail həbsxanalarında saxlanılan fələstinlilər buraxılmalı və qaçqınları geri dönməlidir”, - Abbas qeyd edib.
Kürdlərin muxtariyyəti ilə bağlı məsələyə münasibət bildirən Mahmud Abbas bildirib ki, bu xalqın da digər xalqlar kimi müqəddəratını təyin etmək hüququ var:
“Kürd dövlətinin yaradılmasını dəstəkləyirəm”.
Çipras isə qeyd edib ki, bundan sonra rəsmi yazışmalarda “Fələstin rəhbərliyi” əvəzinə “Fələstin” qeyd ediləcək.
O, həmçinin bildirib ki, Yunanıstan hökuməti Fələstinin ərazi bötüvlüyünü dəstəkləyir.
Mənbə:> Axar.az