Obama Fələstin dövlətinin yaradılmasını dəstəkləyib
ABŞ prezidenti Barak Obama Fələstin dövlətinin yaradılmasının bölgədə sabitliyin bərqərar olunmasının yeganə yolu olduğunu bildirib, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
“ABŞ inanır ki, iki dövlətin yaradılması regionda sabitliyə nail olmağın ən yaxşı yoludur”, deyə Obama qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, İsrailin baş naziri Binyamin Netanyahunun bu məsələyə fərqli yanaşması var.
Bundan əvvəl Obama ABŞ qeyd edib ki, Israilin baş naziri Binyamin Netanyahunun yürütdüyü siyasət yaxın illərdə müstəqil Fələstin dövlətinin formalaşdırılmasına imkan vermir münaqişənin həllinə əngəl törədir.
Mənbə:> Oxu.Az