İlham Əliyev Fələstin prezidentini təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Fələstin prezidenti Mahmud Abbası Fələstin Dövlətinin elan edilməsi günü münasibəti ilə təbrik edib.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Fələstin Dövlətinin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Fələstin dostluğu xalqlarımızın iradəsini əks etdirərək bundan sonra da əməkdaşlığımızın dərinləşməsinə öz töhfəsini verəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi diləyirəm”.
Mənbə:> AzərTAc