Lukaşenko: Bizə belə demokratiya lazım deyil
Bizi nə qədər tənqid etsələr də, biz həmişə olduğu kimi özümüzün yaratdığımız demokratik cəmiyyətdə yaşayacağıq. Əslində, bu məsələdə bizi tənqid edənlər bu gün nədənsə susublar... Orada il ərzində yüz minlərlə insan küçələrdə öldürülür. Bizə belə demokratiya lazım deyil.
Oxu.Az-ın BelTA-ya istinadən məlumatına görə, bu barədə Belorusiya Prezidenti Aleksandr Lukaşenko demokratiya anlayışından danışanda bildirib.
“Biz hər bir insanın hüquqlarının qorunacağı açıq cəmiyyətdə yaşayacağıq. Lakin, əgər əksəriyyət və ya qanunla qərar qəbul olunubsa, bu qanuna tabe olmaq lazımdır. Əgər belə olmasza, biz müharibənin iki addımında olacağıq”, - Lukaşenko bildirib.
Mənbə:> Oxu.Az