Rusiya Ermənistanda yeni qırıcılar yerləşdirir
CHD məlumat yayıb.
Rusiyanın Ermənistanda yerləşən Eberuni aviabazası 2016-cı ilin ikinci yarısında çoxməqsədli MiQ-29 qırıcılarının yeni partiyası ilə təchiz ediləcək, bu barədə çərşənbə axşamı Cənubi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb, Oxu.Az xəbər verir.
Əsaslı təmirdən sonra Rusiya hərbi aviasiya bazasına yerləşdirilən MiQ-29 təyyarələri MDB ölkələrinin Birləşmiş hava əleyhinə müdafiə sistemi çərçivəsində Ermənistanın hava sərhədlərini qoruyacaq və mütəmadi olaraq birləşmənin hərbi hazırlıq normativlər proqramı üzrə uçuşlar həyata keçirəcəklər.
“2016-cı ilin ikinci yarısında Rusiyanın Ermənistanda yerləşən Eberuni aviasiya bazasına çoxməqsədli MiQ-29 qırıcılarının yeni partiyası və bir Mi-8 nəqliyyat helikopteri yerləşdiriləcək”, - məlumatda deyilir.
Mətbuat xidmətində qeyd edilib ki, artıq yeni il bayramlarından sonra birləşmənin mühəndis-texniki heyəti aerodromda yeni aviasiya texnikası üçün xüsusi avadanlıqlı dayanacaqları, o cümlədən də təyyarə və helikopterlərin saxlanılması üçün xüsusi sökülüb-yığılan modulları hazırlayacaq.
Mənbə:> Oxu.Az