Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi

Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi


Yeddi müasir Mi-24P zərbə helikopteri və Mi-8MT nəqliyyat helikopteri Ermənistanda Cənub hərbi dairənin Erebuni hərbi bazasında yerləşdirilib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

“Cari ilin sonuna qədər helikopterlərin növbəti partiyası gətiriləcək. Helikopterlər yardımçı dayanacaqlarda MiQ-29 qırıcıları ilə yerləşdirilib. Aviasiya vasitələrinin yığımı bir ay ərzində aparılacaq, bundan sonra pilotlar plan uçuşlarına başlayacaqlar”, - məlumatda deyilir.

RF-nin Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Cənub hərbi dairəsinin İrəvanda yerləşən aviabazası 1995-ci ildə yaradılıb.

1998-ci ilin noyabrında bazaya Rusiyadan çoxməqsədli MiQ-29 qırıcıları gətirilib. 2001-ci ilin iyul ayında Erebunidə yerləşdirilən hissələrdən aviabaza formalaşdırılıb, bu aviabaza Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentinə çevrilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *