İlham Əliyev Raul Kastronu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktubu ünvanlayıb.
Oxu.Az-ın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:
“Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram”.
Mənbə:> Oxu.Az