Obamaya yeni ad qoydu
SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov ABŞ prezidenti Barak Obamanın özünü fərasətsiz siyasətçi kimi apardığını bildirib.
ANS PRESS-in məlumatına görə, Qorbaçov Avstraliya G20 sammitinin nəticələrini şərh edərkən belə açıqlama verib.
“Obama axsauan ördəkdir. Öz işini belə fərasətsiz bitirmək olmaz. İttihamlar atmağa qərar verib. Guya onlar bizim prezidentimizlə görüşdülər, salamlaşdılar. Amma təəssüf artıq bunun mənası olmayacaq”, - deyə siyasətçi bildirib.
Qeyd edək ki, Amerika siyasətçiləri arasında "axsaq ördək" ifadəsi məşhurdur. Belə ki, öz postunu tərk edən və dövlətin daxilində, həm də dünya səhnəsində qlobal proseslərə təsir edə bilməyən prezidenti belə adlandırırlar.
BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış edərkən amerika lideri Rusiyanı dünya təhlükəsinin səviyyəsinə görə Ebola virusuyla və İŞİD terrorçu qruplaşması ilə bir sıraya qoyub.
Qeyd edək ki, noyabrın 15-də Obama G20 sammitində Rusiyanın ünvanına yenidən sərt sözlər deyib. O, Ukraynanın cənub-şərqində münaqişə ilə bağlı Rusiyanın mövqeyini "bütün dünya üçün təhlükə" adlandırıb.
"Böyük iyirmilik" sammitini Rusiya prezidenti Vladimir Putin isə vaxtından əvvəl tərk edib. Rusiya dövlət başçısı G20 ölkələrinin liderlərinin sammitə yekun vuran səhər və nahar yeməyində işitrak etməyib.
Mənbə:> ANSPRESS