Kürdlər Rusiyanı yalançı adlandırdı
Rusiya ordusunun yayımladığı peyk görüntüləri İŞİD-ə aid neft tankerləri deyil. Onlar Kürdüstan bölgəsindən göndərilən neft tankerləridir.
Axar.az xəbər verir ki, bu sözləri Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin müşaviri Kifah Mustafa deyib.
“Rusiya ordusunun yayımladığı peyk görüntülərində İŞİD-ə aid neft tankerlərinin Kürdüstan bölgəsindən keçərək, Türkiyəyə getməsi iddiası tamamilə yalandır. Sözügedən görüntülərdə İbrahim Xəlil-Hapur sərhəd məntəqəsindən Türkiyədəki Ceyhan limanına göndərdiyimiz neft tankerlərdir. Peşmərgə İŞİD-ə qarşı davamlı mübarizə aparır. Belə bir durumda kürdlər İŞİD-dən Türkiyəyə gedən neft tankerlərinə göz yuma bilərmi?" - Kifah Mustafa qeyd edib.
Xatırladaq ki, Rusiya ordusu iki gün əvvəl İŞİD-in neft tankerlərinin Şimali İraq Kürd Regional Rəhbərliyinin ərazisindən keçməsi barədə peyk vasitəsilə çəkilən görüntüləri yayımlamışdı.
Mənbə:> Axar.az