İraq Türkiyənin yardımından imtina etdi – GƏRGİNLİK
İraq hökuməti Mosulun İŞİD-dən azad edilməsi üçün Türkiyənin təklif etdiyi köməkdən imtina edib.
Axar.az xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin generalı Yəhya Rəsul məlumat verib.
Onun sözlərinə görə, rəsmi Bağdad terrorçularla mübarizə məqsədi ilə xarici qüvvələrin ölkə ərazisinə yerləşdirilməsində maraqlı deyil.
Məsələ ilə bağlı Türkiyə tərəfi açıqlama verməyib.
Mənbə:> Axar.az