Silah ixracından ən çox gəlir qazanan ölkələrin adları açıqlandı » AzNews.info -Xəbər portalı

Silah ixracından ən çox gəlir qazanan ölkələrin adları açıqlandı

Silah ixracından ən çox gəlir qazanan ölkələrin adları açıqlandı


ABŞ Konqresinin nəznində fəaliyyət göstərən tədqiqat xidməti silah ixracı ilə bağlı illik hesabatında Rusiyanı ABŞ-dan sonra ikinci yerdə müəyyənləşdirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə The New York Times nəşri yazır.

2014-cü ildə Rusiya silah ixracından 10,2 milyard dollar qazanıb (2013-cü ildə 10,3 milyard).

Bununla belə, ABŞ bu sahədə liderliyini qoruyaraq silah ixracından olan gəlirini 10 milyard dollar artırıb.

Belə ki, 2013-cü ildə amerikalılar 26,7 milyard dollar qazanmışdılarsa, 2014-də bu məbləğ 36,2 milyarda qədər artıb.

Artım Qətər, Səudiyyə Ərəbistanı və Cənubi Koreya ilə bağlanmış müqavilələrlə izah edilir.

ABŞ dünya silah bazarının 50%-nə nəzarət edir.

Üçüncü yerdə 5,5 milyard gəlir ilə İsveçrə qərarlaşıb. 4-də Fransa (4,4 milyard), 5-ci isə Çindir (2,2 milyard).

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *