Rusiya dünyanı silahlandırır: Rekord artım
Rusiyanın silah sənayesi 2014-ci ildə satışlarını rekord həddə artırıb.
Axar.az xəbər verir ki, bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmasında öz əksini tapıb.
2014-cü ildə rus şirkətlərinin satış həcmi 48,4 faiz artıb. Araşdırmaya görə, ötən il ərzində ABŞ, Kanada və Avropa ölkələrinin silah şirkətlərinin satış gəlirləri isə azalıb.
Ümumilikdə, imzalanmış 100 müqavilə üzrə gəlirlər 1,5 faiz azalaraq, 401 milyard dollar təşkil edib. Ən çox silah satan isə 37,5 milyard dollarla ABŞ-ın “Lokhid Martin” şirkətidir.
Mənbə:> Axar.az