Uorlik Əliyev-Sarkisyan görüşündən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Uorlik Əliyev-Sarkisyan görüşündən danışdı

Uorlik Əliyev-Sarkisyan görüşündən danışdı


Ermənistan və Azərbaycan prezidentləri sonuncu görüşdə etiraf etdilər ki, dialoq vacibdir. Buna görə də Minsk Qrupu ümid edir ki, münaqişə tərəfləri zorakılıqdan uzaq qalacaqlar və gələn il danışıqlar daha yaxşı atmosferdə davam edəcək.

Oxu.Az-ın armenianreport.com saytına istinadən verdiyi xəbərə görə, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Bern görüşünü şərh edərkən deyib.

Həmsədrin sözlərinə görə, hazırda danışıqlar masasında bir sıra təkliflər var.

“Preizdentlərin görüşü Ermənistan və Azərbaycan xalqlarına tərəflərin münaqişəni sülh yolu ilə həll etməyə hazır olduğunu göstərir. Tərəflər Berndə heç bir razılıq əldə edə bilməsələr də, prezidentlər son zamanlar baş verən zorakılıq halları, əsasən də mülki əhali arasında baş verən itkilərə görə narahatlıqlarını ifadə ediblər”, - deyə Uorlik vurğulayıb.

Onun sözlərinə görə, dövlət başçıları dialoqun vacib olduğunu etiraf ediblər və məhz buna görə həmsədrlər ümid edirlər ki, gələn il onlar arasında yeni görüş təşkil etmək mümkün olacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *