General Kərəm Mustafayevin həbsi ilə bağlı xəbərlərə REAKSİYA
Müdafiə Nazirliyi Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayevin həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K. Mustafayevlə bağlı bəzi kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərin heç bir əsası yoxdur.
Qeyd edək ki, Artıq bir neçə gündür ki, bəzi KİV-də K. Mustafayevin həbs olunması xəbəri yayılıb.
Mənbə:> Oxu.Az