Vasif Talıbov Avropa Birliyi ilə vizasız rejimə keçmək istəyir » AzNews.info -Xəbər portalı

Vasif Talıbov Avropa Birliyi ilə vizasız rejimə keçmək istəyir

Vasif Talıbov Avropa Birliyi ilə vizasız rejimə keçmək istəyir


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Avropa ölkələri ilə vizasız rejimə keçək istəyir.

Bu barədə Qaynar.info-ya etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Türkiyə Cumhuriyyəti vətəndaşlarının 2016-cı ilin oktyabrından Şengen zonası ölkələrinə vizasız gedə biləcəkləri xəbərini eşidəndən sonra Vasif Talıbov bu barədə qərar qəbul edib.

Ali Məclisinin üzvləri nə qədər çalışsalar da, Vasif Talıbovu fikirindən daşındıra bilməyiblər.

Ali Məclis sədri deyib ki, hər bir naxçıvanlının Fransaya, İtaliyaya, Almaniyaya vizasız getmək haqqı var. Onlar da Eyfeli görüb, Roma küçələrdə gəzməli, alman pivəsinin dadına baxmalıdır.

Arıq Vasif Talıbovun Avropa Birliyi ilə danışıqlara başladığı bildirilir.

Xatırladaq ki, dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

Müzakirə zamanı qəbul olunub ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.

Mənbə: Qaynar.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *