Vasif Talıbovdan dollar krediti ilə bağlı mühüm qərar - 1.05 oldu » AzNews.info -Xəbər portalı

Vasif Talıbovdan dollar krediti ilə bağlı mühüm qərar - 1.05 oldu – VACİB QƏRAR

Vasif Talıbovdan dollar krediti ilə bağlı mühüm qərar - 1.05 oldu


Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun yanında manatın devalvasiyasının yaratdığı iqtisadi və sosial nəticələrin mümkün qədər kompensasiya edilməsi məsələləri müzakirə olunub.

"Qafqazinfo" Strateq.az-a istinadən xəbər verir ki, kompleks tədbirlər toplusunun mühüm bir istiqaməti kimi ABŞ dolları ilə kredit borcları olan vətəndaşlara güzəşt məsələsinə baxılıb. Bu məsələ ilə bağlı Ali Məclis sədri tapşırıq verib ki, Naxçıvanda banka ABŞ dolları ilə kredit borcu olan sakinlər borclarını ödəyib qurtaranadək (yalnız kredit borcu olanlar borcunu ödəyən zaman) 1 dollar = 1.05 manat ekvivalentində konvertasiya edilsin.

***

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Naxçıvan Ali Məclisi ilə əlaqə saxlayıb. Bildiriblər ki, həqiqətən bu gün Vasif Talıbov Naxçıvan sakinlərini sevindirən qərar qəbul edib və dollarla olan bütün kreditlər 1.05 məzənnəsi ilə ödəniləcək.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *