WSJ: ABŞ Əsədi devirməyə cəhd göstərib
Son bir neçə ildə Suriya prezizdenti Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmağa çalışan ABŞ administrasiyası onun rejimində çalışan və ölkədə hərbi çevriliş edə biləcək şəxslərlə əlaqələr qurmağa çalışıb.
Oxu.Az xəbər verir ki, The Wall Street Journal Amerika və Suriyanın rəsmi şəxsləri arasında müxtəlif əlaqələr barədə məqaləsində yazır ki, bu cəhdlər uğursuzluğa düçar olub.
Nəşrin məlumatına görə, böhranın əvvəlində ABŞ Suriya hökumətində hərbi çevrilişə yardım edə biləcək “çatlar” tapmağa çalışıblar. Lakin bu istiqamətdə kifayət qədər imkan aşkarlanmayıb.
ABŞ Əsədin mütləq şəkildə istefasını təkid edir. Suriyadakı münaqişənin siyasi həllinə bir sıra digər dövlətlər də qoşulublar.
Mənbə:> Oxu.Az