Rusiyada FTX əməkdaşlarına qadın və uşaqları güllələmək hüququ verildi
Rusiya Dövlət Duması xüsusi xidmət orqanlarının əməkdaşlarının səlahiyyətlərinin artırılması barədə qərar qəbul edib.
Oxu.Az RBK-ya istinadən xəbər verir ki, yeni qərara əsasən, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarına kütləvi iğtişaşlar zamanı evlərə girərək qadın və uşaqlara atəş açmağa icazə verilir.
Deputatlar qanuna yeni dəyişiklikləri müzəkirəsiz qəbul ediblər.
Qanun layihəsində qeyd olunur ki, FTX əməkdaşları özlərini müdafiə və cinayətkarların saxlanılması zamanı odlu silah olmadığı halda istənilən vasitədən istifadə edə bilərlər.
Xüsusi xidmət orqanlarının əməkdaşlarına məhdudiyyətlər də qoyulub.
Onlara xarici vətəndaşlar, xarici KİV, beynəlxalq təşkilatlar və qeyri-kommersiya təşkilatları ilə əlaqəyə girmək qadağan edilib.
Mənbə:> Oxu.Az