Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər

Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər


Rusiyanın vurulmuş Su-24 təyyarəsinin “qara qutusu”nun şifrəsini mövcud üsullar ilə açmaq mümkün deyil.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hava qüvvələrinin uçuşların təhlükəsizliyi xidmətinin rəis müavini Sergey Baynetov bildirib.

Onun sözlərinə görə, qutunun korpusu daxili konteynerə qədər mexaniki zədələr alıb, enerji şunuru isə raketin zərbəsindən qırılıb.

O həmçinin bəyan edib ki, qutunun 16 mikrosxemindən 13-ü tamamən məhv olub.

Daha öncə beynəlxalq ekspertlər Su-24 təyyarəsinin “qara qutusu”nun açılması zamanı Rusiya tərəfinin açıq olmasını qeyd ediblər.

Qeyd edək ki, noyabrın 24-də Rusiya təyyarəsi Su-24 Suriya Latakiyasında Türkiyə HHQ tərəfindən sərhədin yaxınlığında vurulub. Baş verənlərdən sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərə dair fərman imzalayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *