Obamadan tarixi etiraf: "Xalqa doğru şəkildə..."
İŞİD-ə qarşı apardığımız mübarizə ilə bağlı xalqı lazımi səviyyədə məlumatlandıra bilmədik.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama deyib.
“Fəaliyyətimizlə bağlı mənə və hökumətə qarşı haqlı tənqidlərin olduğunu düşünürəm. İŞİD-ə qarşı apardığımız əməliyyatlarla bağlı xalqa konkret məlumatlar çatdıra bilmədik. Mətbuat isə terror qorxusunu daha da artırdı. Vəziyyət olduqca ciddidir. İŞİD San Bernardinodakı kimi terror aktları törədərək xalqı incidə bilər. Ancaq onların hücumu sistematik xarakter daşımır”.
Qeyd edək ki, ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya qüvvələri 2014-cü ilin sentyabr ayından Suriya və İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlar aparır.
Mənbə:> Axar.az