Ərdoğan: "Qazımız yoxdur, ancaq vicdanımız var"
Bizim neft quyularımız, təbii ehtiyatlarımız, yeraltı sərvətimiz yoxdur. Amma Anadolu böyüklüyündə vicdanımız var.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Uludağ Universitetində çıxışı zamanı deyib.
“2002-ci ildə ehtiyacı olan ölkələrə 85 milyon dollar həcmində yardım etmişik. 2014-cü ildə isə bu yardımları 4.5 milyard dollara çatdıraraq, dünyanın ən comərd 3-cü ölkəsi olduq. Keçmişdə olduğu kimi bu gün də sizin enerjinizi istismar etmək istəyənlər tapılacaq. Terrorçu qruplara qətiyyən fürsət verməyin. Bizim istədiyimiz problemləri dava-dalaşla, vurub-yıxmaqla deyil, müzakirələrlə, sözün və qələmin gücü ilə həll etməlidir”, - Ərdoğan bildirib.
Mənbə:> Axar.az