Rus politoloq: “Rusiyanın səlib yürüşü...”
Rusiya Suriyada müharibəyə girməklə ölkəni islam radikallarının təhdidindən xilas edə bilməyəcək.
Axar.az xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Krymr.com” saytındakı məqaləsində yer alıb. Politoloq Suriya müharibəsinə girməklə Rusiyanı terrorçulardan xilas edəcəyini düşünən hökumətin aldatdığını və ya yalan danışdığını bildirib:
“Biz orta əsrlərin dini savaşlarının ən sıx yerinə daxil olmuşuq. Bizim pravoslav-şiə səlib yürüşümüz sünni radikalların sayını azaltmayacaq. Əksinə, onların sayı qəfildən Suriyada, İraqda, Rusiyada və bütün dünyada artacaq. Potensial terrorçuların Qafqaz və Mərkəzi Asiya vasitəsilə bizim aramıza girməsi gərək deyil. Onlar onsuz da çoxdan bizim aramızdadırlar. Artıq bütün ölkə ərazisində müxtəlif formalarda terror təşkilatlarının gizli hücrələri var”.
Mənbə:> Axar.az