“İpək yolu” savaşı: Medvedyev Çinə getdi
Rusiyanın Baş naziri Dmitri Medvedyev Çinə rəsmi səfər edib.
Axar.az xəbər verir ki, Medvedyev Çinin Çjençjou şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının hökumət başçılarının iclasında iştirak edəcək. İclasdan əvvəl Medvedyev Çinin Baş naziri Li Ketsyanla görüş keçirəcək.
Baş nazir Medvedyevin Çin rəhbəri Si Tsinpinlə də görüşü nəzərdə tutulur.
Qeyd edək ki, Rusiya bir müddət əvvəl Çinə öz ərazisindən keçən Soyuq İpək Yolunun yaradılması təklifini irəli sürüb. Hazırda Çin malları Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən keçərək, Türkiyə vasitəsilə Avropaya daşınır.
Mənbə:> Axar.az