Türkiyə məhsullarının Azərbaycandan Rusiyaya ixracına nəzarət gücləndiriləcək » AzNews.info -Xəbər portalı

Türkiyə məhsullarının Azərbaycandan Rusiyaya ixracına nəzarət gücləndiriləcək

Türkiyə məhsullarının Azərbaycandan Rusiyaya ixracına nəzarət gücləndiriləcək


İctimai palata Rusiyanın Kənd Təsərrüfatı Nazirliyindən, Federal Gömrük Xidmətindən və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətindən Türkiyənin Qazaxıstan və Azərbaycandan keçərək Rusiyaya ixrac edilə biləcək meyvə və tərəvəzə nəzarəti gücləndirməyi xahiş edib.

Oxu.Az Rusiyanın İzvestiya qəzetinə istinadən xəbər verir ki, Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı müraciət hazırlayıb.

Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır.

Onun sözlərinə görə, türk şirkətləri öz məhsullarını embarqodan yan keçərək Rusiyaya keçirmək üçün fəal şəkildə imkanlar axtarırlar.

“Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur.

Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır”, - deyə P.Sıçyovun müraciətində qeyd edilir.

Ekspertin sözlərinə görə, qablaşdırmanı dəyişməkdən tutmuş saxta sertifikatlar ilə məhsulların tədarükünə qədər müxtəlif yollar mümkündür.

İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəsmi nümayəndəsi Yuliya Melano deyib ki, Türkiyəyə məxsus məhsullara embarqo 2016-cı ilin yanvarın 1-dən (türk meyvə və tərəvəzlərinin, təzə qərənfillərin, toyuq və hind toyuğu əti, eləcə də xörək duzunun gətirilməsi qadağandır) qüvvəyə minir və bu səbəbdən təkrar ixraca nəzarət həmin dövrdən gücləndiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *