Azərbaycandan hər il 9 milyard pul çıxarılıb » AzNews.info -Xəbər portalı

Azərbaycandan hər il 9 milyard pul çıxarılıb – ŞOK HESABAT

Azərbaycandan hər il 9 milyard pul çıxarılıb


ABŞ-ın “Global Financial Integrity” Tədqiqat Təşkilatı xaricə qeyri – qanuni kapital axını həyata keçirilən ölkələrin siyahısını açıqlayıb.

AzNews.info anspress-ə istinadən xəbər verir ki, bu siyahıda Azərbaycan 17 –ci sırada dayanır. Tədqiqat 2004-2013-cü illər arasında aparılıb. Bu illər ərzində hər il Azərbaycandan 9 milyard dollar dəyərində qeyri –leqal yollarla pul çıxarılıb. Siyahıda 148 ölkənin adı var.

İlk sıralarda isə Çin 139,228 milyard dollarla, Rusiya isə 104,977 milyard dollarla dayanır.

2004-2013-ci illər arasında aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ölkələr bu illər ərzində 7.8 trilyon dollar pul itirib. Təkcə 2013-cü ildə inkişaf etmiş və inkişafda olan ölkələrdən 1,1 trilyon dollar qanunsuz yollarla pul çıxarılıb. Qanunsuz sərmayə çıxışları vergidən yayınma, cinayət, korrupsiya və digər qanunsuz fəaliyyət növləri ilə bağlıdır.
Rəqəmlərdən aydın olur ki, Azərbaycan da daxil olmaqla dünyanın əksər dövlətləri qanunsuz fəaliyyətlərin qarşısını ala bilmir.

Qanunsuz çıxarılan pullar ölkələrin iqtisadiyyatına və Ümum Daxili Məhsulun (ÜDM) həcminə kəskin təsir edir. Qanunsuz maliyyə axını ən çox İnkişaf Etməkdə Olan Ölkələrdə (İEOÖ) həyata keçirilir.

Azərbaycandan hər il 9 milyard pul çıxarılıb


Ölkədən çıxarılan pullar: İllər üzrə

Azərbaycandan hər il 9 milyard pul çıxarılıb

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *