Almaniya İraq kürdlərinə hərbi yardımı artıracaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Almaniya İraq kürdlərinə hərbi yardımı artıracaq

Almaniya İraq kürdlərinə hərbi yardımı artıracaq

Almaniya XİN rəhbəri Frank Valter Ştanmayer İraqa səfəri çərçivəsində Ərbilə gəlib.

Strateq.az bildirir ki, o, İraq Kürd Muxtariyyətinin rəhbər Məsud Bərzani ilə görüşüb.

Almaniya XİN başçısı Bərzani ilə görüşdən sonra verdiyi açıqlamada bildirib ki, Berlin İraq kürdləri ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Amma almanlar hesab edir ki, İŞİD-lə mübarizə daha geniş strategiyaya söykənməlidir.

Ərbil hava limanının təhlükəsizliklə bağlı qapadılması Ştanmayerin Ərbilə səfərinin baş tutmasına mane olurdu. Çünki Rusiyanın Xəzər hərbi donanmasından buraxılan raketlər Ərbil üzərindən keçir.

Berlin-Moskva danışıqlarında ruslar təhlükəsizliyə zəmanət verdikdən sonra alman diplomat hərbi hava təyyarəsi ilə Ərbilə gəlib. Ştanmayer Sicar və Tikriti İŞİD-dən təmizləyən kürdləri təbrik edib. İraq kürdlərinə hərbi dəstəyin verilməsində almanların da yardım etdiyini diqqətə çatdırıb. İraq kürdləri isə Almaniyadan tankvuran "Milan" tipli raketlər, G3 və G36 tipli piayada tüfəngi istəyiblər.

Ştanmayer silah yardımı ilə bağlı dəqiq məlumatlar verməsə də, İraq kürdlərinə hərbi yardımın davam edəcəyini açıqlayıb. Kürd yaraqlılara təlim keçən alman hərbçilərinin sayının isə 150 nəfərə çatdırılacağını bildirib.

Alman dipliomat hərbi əməliyyatların aparılması zamanı Ərbilin Bağdadla daha sıx əməkdaşılıq etməsinin vacibliyini də diqqətə çatdırıb.

Mənbə: Strateq.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *