Su-24 böhranı Ərdoğanın nüfuzunu xeyli artırıb
Türkiyənin “Gəzici” təhqiqat mərkəzi ölkənin 16 əyalətində Rusiyanın Su-24 hərbi təyyarəsinin məhvi ilə bağlı sorğu keçirib.
Rəyi soruşulanların 53%-i Türkiyədə prezidentli üsul-idarəyə keçidin tərəfdarı olduğunu söyləyib. Təyyarə insidentinədək bu göstəricinin xeyli aşağı olduğu bildirilirdi.
“Rusiya ilə gərgin münasibətlər fonunda Ərdoğan ölkəni yaxşı idarə edirmi” sualına respondentlərin 74%-i təsdiqi cavab verinb.
Onlarlın 91%-i isə hesab edir ki, Türkiyə ölkənin hava məkanını pozan Rusiya təyyarəsini vurmaqda düzgün hərəkət edib.
Beləliklə, Türkiyə əhalisinin mütləq əksəriyyətinin bu məsələdə birmənalı şəkildə hakimiyyətin tərəfində olduğu üzə çıxıb (musavat.com).
Mənbə:> Virtualaz.org