III Dünya Savaşı: Müharibə Türkiyə üzərində olacaq? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Dünya

III Dünya Savaşı: Müharibə Türkiyə üzərində olacaq?

III Dünya Savaşı: Müharibə Türkiyə üzərində olacaq?


III Dünya Savaşındakı böyük qarşıdurma Türkiyə üzərində ola bilər.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli ekspert Uğur Özərin bu gün dərc olunan köşə yazısında yer alıb. Onun sözlərinə görə, Qərb istənilən an Türkiyəni Rusiya qarşısında yalnız qoya bilər:

“ABŞ kapitalist imperializmin təbiəti ucbatından bütün dünyanı sistemə tabe etdirməyə çalışır. Kapitalist sistemin fövqəladə ölçülərdə fond problemi var. Həddən çox pul çap olunmasına baxmayaraq, inflyasiya yaradılmır, daxili bazarlar canlandırılmır, şirkətlər mənfəət əldə edərək böyüməyə davam edir. Mənfəət olmasa, sistem çökə bilər və məhz buna görə də dövlətin vasitəsilə trestlərə mənfəət qazanmaq üçün sahələr yaradılır. Zərərlər isə müsadirə edilir. Bunun da nəticəsində nəhəng miqdarda ictimai borc ortaya çıxır. Avropa Birliyi ölkələri də eyni problemlərlə üz-üzə qalırlar. Belə bir məqamda ABŞ və partnyorlarının dünyanın enerji qaynaqları ilə zəngin olan ən böyük ölkəsinə təzyiqlər etməyəcəyi düşünülməməlidir. Problem sadəcə Yaxın Şərq enerji mənbələrinin idarə edilməsi deyil. Problem kapitalist sistemin mənfəət və böyümə böhranıdır. Rusiyanın öz təsir zonalarını müdafiə etdiyi bölgələrdə zərbələr alması qaçılmazdır. Putin Qorbaçov kimi davranmayıb, dik durmağa çalışır. Qalibin olmayacağı nüvə müharibəsinə girmək istəməyən Qərb bloku Rusiyadan alacağı iqtisadi güzəştlər qarşılığında Rusiyanın xeyrinə müttəfiqi Türkiyə hökumətinin siyasətini fəda edə bilər. Bunun nəticəsində isə Əsədin varlığının qorunduğu, İsrail və Qərbin normal münasibət bəslədiyi kürd dövləti ortaya çıxacaq. Keçmiş müharibələrə nəzər yetirsək, nüvə güclərinin buradan yalnız itkilərlə çıxdığını görə bilərik. III Dünya Savaşında qarşıdurma nüvə dövləti olmayan üçüncü ölkə üzərində də aparıla bilər. Çox təəssüf ki, mövqeyi, kürd məsələsi və yanlış xarici siyasəti ucbatından ağla ilk növbədə Türkiyənin adı gəlir”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *