Vali: Ruslar Antalyadan imtina edə bilməz
Türkiyə ilə Rusiya arasında münasibətlər - iki ölkə arasında 20-25 ilə qurulan əlaqələr bir anda yox ola bilməz. Rusiya Türkiyədən, eləcə də Antalyadan imtina edə bilməz.
Oxu.Az TRT haber-ə istinadən xəbər verir ki, bu sözləri Antalya valisi Muammer Türker deyib.
“Bu gün Türkiyədə bir çox rus əsilli türk vətəndaşı yaşayır. Bununla yanaşı, Türkiyənin bu ölkədə investisiyaları var. Bütün bunlar bir anda qırıla biləcək münasibətlər deyil”, - deyə şəhər valisi bildirib.
Türker siyasi proseslərdən turizm və kənd təsərrüfatının daha tez təsirləndiyini qeyd edərək bildirib ki, bu böhranı fürsətə çevirməyin yollarını axtarmalıyıq:
“Belə bir vəziyyətdə zərər etmək ehtimalı böyükdür. Böhrandan xilas olmaq üçün aqrar məhsulları daha aşağı qiymətə yerli bazarda satmaq olar.
Yəni, qısamüddətli dövrdə problemləri aşmaq bir az zərərlə də olsa mümkündür.
Amma uzunmüddətli dövr üçün biz yenidən düşünməliyik. Bunun üçün biz məhsulların saxlanması keyfiyyətini artırmaqla onu yeni bazarlara çıxartmalıyıq”, - deyə Türker əlavə edib.
Mənbə:> Oxu.Az