Jirinovski ermənilərə satqın dedi – VİDEO
Noyabrın 29-da Rusiyanın “Perviy” telekanalında yayımlanan “Politika” verilişində Rusiya prezidentinin Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirləri haqqında fərmanının müzakirəsi zamanı rusiyalı siyasətçi Vladimir Jirinovski və “Ekspert” jurnalının icmalçısı Gevorq Mirzayan arasında mübahisə düşüb, Oxu.Az xəbər verir.
Mirzoyanın Jirinovskinin Türkiyəni ermənilər və kürdlər arasında bölmək barədə bəyanatını şərh etməsinə cavab olaraq, rusiyalı siyasətçi bildirib:
“Çıx get Ermənistana. Moskvada isti yerdə oturub bizə nə etmək lazım olduğunu deyirsiniz. Ermənistanda yaşamayanların hamısı satqındır. Çıxın gedin Vətəninizə. Yoxsa Moskvanın yarısını doldurmusuz”.
Həmin anı 31-ci dəqiqədən izləyə bilərsiz:
Mənbə:> Oxu.Az