"Türkiyə boğazları bağlasa, qiyamət olacaq"
Türkiyə Qara dənizdə boğazlara girişi qadağan etsə, qiyamət baş verər.
Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, döyüş təyyarəsinin vurulması həm Türkiyə, həm də Rusiyanın maraqlarına ziddir:
“Mən dəfələrlə demişəm, Rusiya qırıcısının vurulması təxribatdır. Bu, hər iki ölkənin mənafeyinə ziddir. Bəzi NATO ölkələri də Türkiyəyə dəstək vermədi. Rəsmi Ankaranın hansı qərar verəcəyi ilə bağlı fikrimiz yoxdur. Optimist düşünməyə çalışırıq. Qeyd edim ki, hazırda rus pilotlarının təhlükəsizliyi tam qorunur”
Mənbə:> Axar.az