Türkiyə: İtaliyada tutulan silahlar qanuni yolla satılıb
İtaliya qvardiyası tərəfindən ölkənin şimalında tapılan silahlar Türkiyədə istehsal olunub və qanuni yolla Belçikaya satılıb.
Axar.az xəbər verir ki, bunu Türkiyə XİN rəsmisi Tanju Bilgiç bildirib.
Onun sözlərinə görə, Türkiyədən qanuni yolla silah idxal edən şirkət İtaliyada tranzit sənədləşməsi aparmayıb və bu səbəbdən problemlə üzləşib.
Qeyd edək ki, Trieste limanında tutulan yük maşınında 781 ədən "Vinçester" tipli tüfəng aşkarlanıb.
Mənbə:> Axar.az