Gürcüstanın dövlət büdcəsi 10 milyard larini ötəcək
2016-cı ildə Gürcüstanın dövlət büdcəsi 10 milyard 145 milyon lari (təxminən 4 milyard 200 milyon dollar - red.) olacaq.
Oxu.Az Qruziya Online-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Naziri Nodar Xaduri hökumətin keçirlən iclasında deyib.
Nazir bildirib ki, 2016-cı ildə Gürcüstanın dövlət büdcəsi 10 milyard larini ötəcək:
“2016-cı ildə dövlət büdcəsi 10 milyard 145 milyon lari olacaq. Büdcənin layihəsi hazırlanıb və o Gürcüstan parlamentinə təqdim ediləcək”, - deyə Xaduri qeyd edib.
Nazir qeyd edib ki, səhiyyə proqramları, sosial xərclər və s artırılıb.
Mənbə:> Oxu.Az