YAP-dan Nardaran hadisələrinə reaksiya » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

YAP-dan Nardaran hadisələrinə reaksiya

YAP-dan Nardaran hadisələrinə reaksiya


“Heç bir halda dövlətə qarşı silahla mübarizə aparmaq olmaz. Həmçinin özünü qanundan və hüquqdan da üstün tutmaq düzgün deyil”.

AzNews.info-nun məlumatına görə, bu sözləri aznews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

O, bildirib ki, qanundan kənar silahlı dəstənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz:

“Bu gün zorla hakimiyyəti devirməyə çalışan bir təşkilat üzüvlərinə qarşı əməliyyat aparılıb. Onlar saxlanılarkən polisə atəş açıblar. Bu zaman onlardan 4 nəfər, polisdən isə 2 nəfər həlak olub. Eyni zamanda bir neçə nəfər yaralanıb. Ümumiyyətlə, qanundan kənar silahlı dəsətənin yaradılması, zorakılığa üstünlük verilməsi heç bir zaman qəbul edilə bilməz. Hər bir kəs qanun qarşısında bərabərdir. Eyni zamanda qanunun tələblərini yerinə yetirməyə hazırdılarlar”.

Aydın Mirzəzadə qeyd edib ki, hüquq mühafizə orqanlarına qarşı müqavimət göstərilməsi, əllərində olan silahla onlara atəş açılması göstərir ki, orada doğrudan da qeyri-qanuni bir dəstə yaradılıb:

“Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu məsələni araşdıraraq bu işdə günahkar olanları cəzalandıracaq. Eyni zamanda məsələ ilə bağlı cəmiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bu gün Nardaranda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı insident baş verib. Nardarandakı atışma zamanı ikisi polis olmaqla 6 nəfər ölüb, 14 nəfər isə saxlanılıb.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *