Putin İŞİD-i Xəzərdən bombalamağa davam edəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Putin İŞİD-i Xəzərdən bombalamağa davam edəcək

Putin İŞİD-i Xəzərdən bombalamağa davam edəcək


Sinay yarımadasında sərnişin təyyarəsini partladan terrorçular cəzalandırılana qədər Rusiya Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməyə davam edəcək.

Oxu.Az interfax-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşü zamanı deyib.

“Xəzər dənizi üzərindəki hava məkanından istifadə etməklə bağlı regiondakı dostlarımızın narahatlığına gəldikdə, bununla əlaqədar Qazaxıstan tərəfi hələlik bizə heç nə deməyib. Lakin biz bunu diqqətə alacağıq.

Başa düşürük ki, bəzi narahatlıqlar yaranır, lakin onu da bilirik ki, Rusiyanın terrorizmlə mübarizə sahəsində bütün səylərinin yükü də elə Rusiyanın öz üzərinə düşür.

İŞİD və digər terror təşkilatlarının heç kimə mərhəməti yoxdur. Buna görə də hansısa narahatlıqlar yaranırsa, bunu əlbəttə ki, minimuma endirmək lazımdır. Lakin biz cinayətkarları cəzalandırmaq üçün bu işləri nə qədər lazımdırsa, o qədər davam etdirəcəyik”, - deyə V.Putin söyləyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *