Putin Xəzərdən İŞİD-i vuran raketlərin sirrini açdı
ABŞ kəşfiyyatı dünyada ən yaxşıdır, amma heç də hər şeyi bilmir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya 1” telekanalının efirində Vladimir Solovyova müsahibəsində deyib. “Gəlin ona daş atmayaq. Dünyanın ən möhtəşəm kəşfiyyatıdır, amma hər şeyi bilmir”, - Putin bildirib.
Putinin sözlərinə görə, Rusiya raketlərinin atılmasından sonra ABŞ kəşfiyyatı Suriyada işini dayandırdı.
Prezident qeyd edib ki, Rusiyada İŞİD-i vurmaq üçün yüksək dəqiqlikli qanadlı raketlərdən istifadə edib: “Bu raketlər silahlanmaya 2012-ci ildə qəbul edilib. Onların mənzili 1.5 min kilometrə qədərdir və bu da həmin raketlərin yüksək texnologiyalı, yüksək dəqiqliyə malik müasir silahlar olduğunu göstərir. Nəinki belə raketlərlə, həm də yerüstü, aviasiya texnikası ilə bütün Rusiya ordusunu silahlandırmaq niyyətindəyik”.
Mənbə:> Axar.az