İraqlıların "Hacı Putin" əfsanəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İraqlıların "Hacı Putin" əfsanəsi

İraqlıların "Hacı Putin" əfsanəsi


Rusiyanın Suriyada İŞİD-də müdaxiləsindən sonra onun İraqda da populyarlığı artıb.

Ölkə.az xəbər verir ki, iraqlı şiələrin artıq "Hacı Putininə" çevrilmiş Rusiya prezidentinin portretlərinin satışı rekord qırır.

İraqda xalq arasında Putin haqda yeni əfsanələr də yayılmağa başlayıb. Belə ki, iraqlıların hazırda şəhərdə, bazar meydanında, çayxanalarda ən çox danışdıqları mövzu Putin mövzusudur.

Hacı Putinin Yaxın Şərqi İŞİD-in zülmündən xilas edəcəyinə inanan iraqlı şiələrin isə onun haqqında uydurduğu ən populyar əfsanə aşağıdakıdır:

"Əslində Putinin atası İraqlı bir tacir imiş. İraqın Cənubundakı Nasiriyyə şəhərində tin (əncir) satarmış. Buna görə ona xalq arasında ona "Əbu Tin" deyərlərmiş. İkinci dünya müharibəsi zamanı Əbu Tin Rusiyaya getmiş və burada sarışın bir rus qızı ilə evlənmiş. Rus qızından bir oğlu olan Əbu Tin oğlunun adını Abdüləmir qoymuş, amma rusca bu sözü tələffüz etmək çətin olduğundan ona Vladimir deyiblər və beləliklə Əbdüləmir Əbu Tin sonradan dönüb Vladimir Putin olub. İndi Hacı Putin ata yurdunu İŞİD zülmündən xilas etməyə gəlir".

Mənbə: Olke.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *