Azərbaycan süvariləri II Yelizavetanın yubileyində » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Azərbaycan süvariləri II Yelizavetanın yubileyində

Azərbaycan süvariləri II Yelizavetanın yubileyində


Kraliça II Yelizavetanın 90 illik yubileyinə həsr edilmiş əsas tədbirlərə biletlərin satışı Böyük Britaniyada çərşənbə günü başlayacaq. Tədbirlər 2016-cı ilin may ayının 12-15 tarixlərində Vindzor qəsrinin Houm parkında olacaq, TASS məlumat yayıb.

Oxu.Az xəbər verir ki, dörd gün ərzində tamaşaçılar səhnələşdirilmiş tamaşanın şahidi olacaqlar. Bu səhnələrə 1,5 musiqiçi, rəqqas, müğənni, məşhur aktyor və digər incəsənət xadimləri, eləcə də 900 at cəlb edilib.

Bayramda bir çox ölkələrin, o cümlədən Kanada, Avstraliya, Oman, Fici və digər ölkələrin hərbi orkestrləri iştirak edəcək. Tamaşaçılar qarşısında həmçinin Azərbaycan süvariləri də çıxış edəcəklər.

Bayramın ilk üç günü kral ailəsinin üzvlərinin iştirakı ilə keçiriləcək. Yelizaveta özü bayramlarda yalnız son olan dördüncü gün iştirak edəcək.

Biletlərin qiyməti ilk üç gün üçün 55 funt sterlinqdən 165 funt sterlinqə qədərdir (83-250 dollar arası, mayın 15-də, kraliçanın bayrama gələcəyi gün bazar günü üçün isə 75-195 funt sterlinq arası (113-295 dollar arası) olacaq.

Kral ailəsi qeyd edib ki, bütün toplanan vəsait xeyriyyə məqsədi ilə istifadə ediləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 8 oktyabr 2018 12:41
  • Yazan: Kelly
Bu böyük bir hadisə idi. Burada yeniləndiyiniz üçün təşəkkür edirik. Mən axtarıram budur. imgrum

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *