Paris terrorçusu Türkiyədə saxlanıldı
Fransanın paytaxtı Parisdə törədilən terror aktının şübhəlilərinfən biri Türkiyə polisi tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, Suriyaya getmək istəyən Mərakeş əslli İŞİD silahlısı Antalya şəhərində ələ keçirilib.
Paris teraktının ən effektiv simalarından biri olduğu güman olunan 26 yaşlı Belçika vətəndaşı Əhməd Dahmani Antalya polis idarəsi Terrorla Mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Aeroportdan bəri yerli polis tərəfindən izlənən Dahmani noyabrın 16-da Antalyanın Manavqat rayonundakı 5 ulduzu oterllərdən birinə yerləşib. Terrorçunu oteldə ələ keçirən polis onun oteldə Suriyadan gələcək 29 yaşlı Əhməd Tahir və 23 yaşlı Məhəmməd Vərdə ilə görüşəcəyini müəyyən edib. Bu məlumatdan sonra polis keçirdiyi əməliyyatla Antalya – Alanya magistral yolunda Suriyadan gələn 2 terrorçunu da ələ keçirib. Məlum olub ki, həmin şəxslərin vəzifəsi İŞİD rəhbərliyindən aldıqları əmrlə Dahmanini təhlükəsiz şəkildə Suriyaya aparmaq olub. Polis onların üzərində Əhməd Dahmani üçün gətirilmiş saxta pasport da aşkarlayıb.
Dahmani Paris teraktlarından öncə kəşfiyyat aparmaqda və hadisə zamanı müçahidəçilik eləməkdə şübhəli bilinir.
Məhkəməyə çıxarılan hər 3 şəxs barələrində verilən həbs qərarı ilə həbsxanaya göndəriliblər.
Mənbə:> ANSPRESS