Parisdə kafedə atışmanın görüntüləri yayıldı » AzNews.info -Xəbər portalı

Parisdə kafedə atışmanın görüntüləri yayıldı – VİDEO

Parisdə kafedə atışmanın görüntüləri yayıldı


Britaniyanın “Daily Mail” qəzeti öz saytında noyabrın 13-də Parisin mərkəzində terroristlərin törətdiyi atışmanın kadrlarını yerləşdirib.

Oxu.Az xəbər verir ki, videoyazı müşahidə kameraları vasitəsilə qeydə alınıb.

Nəşrin mənbələrinin verdiyi məlumata görə, hücumda Brüsseldə doğulan Fransa vətəndaşı 26 yaşlı Salah Abdeslam iştirak edib. Terrorçular kafenin pəncərələrinə ard-arda atəş açıblar.

Kadrlarda hücumun başlandığı an kafedə olan müştərilərin və personalın döşəməyə uzanmaları və masaların arxasında gizlənmələri görünür. Bir qadının qaçaraq kafeyə girib bar piştaxtasının arxasında gizlənərək xilas olması görünür. Orada qadını kafenin əməkdaşı özünə sıxaraq gizlədir.

Atışma dayandıqdan sonra hamı məkanı tərk edib. İçəridə olanlardan heç kim həlak olmayıb.

Xatırladaq ki, noyabrın 14-də Parisdə və şəhər ətrafında silsilə terror aktları törədilib. Bu terror aktlarında 129 nəfər insan həlak olub, 352 nəfər isə xəsarət alıb.

Yaraqlılar bir neçə kafe və restoranda atışma törədiblər, kamikadze yaraqlı özünü Volter bulvarında partladıb, “Bataklan” konsert zalında insanlar girov götürülüb, paytaxtın ətrafında yerləşən Sen-Denidə “Stad de Frans” stadionunda üç partlayış baş verib.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *