Çin Rusiyadan Su-35 qırıcıları aldı
Rusiya və Çin 24 ədəd yeni Su-35 qırıcısının alınması barədə dəyəri ən azı 2 milyard dollar təşkil edən müqavilə bağlayıblar, “Komersant” hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadən məlumat yayıb.
“Çin rəsmi olaraq Su-35 təyyarəsinin ilk xarici sifarişçisi oldu, bu, hərbi təyyarələrin tədarükü tarixində misli olmayan müqavilədir”, - “Komersant”ın həmsöhbəti deyib.
Oxu.Az xəbər verir ki, nəşrin məlumatına görə, bir qırıcının dəyəri 83 milyon dollardan ibarətdir.
Sazişin bağlanılmasını əlavə detalları dəqiqləşdirmədən “Rostex” dövlət konserninin baş direktoru Sergey Çemezov təsdiqləyib.
Müqavilə Su-35-in Çində lisenziyalı istehsalını nəzərdə tutmur. Bununla yanaşı, Komsomolsk-na-Amuredə yerləşən aviazavodun gücü Rusiya Hərbi-hava qüvvələri üçün də bu qəbildən olan qırıcıların istehsalına yetəcək.
2014-cü ilin mayında Birləşmiş Aviaqayırma Korporasiyasının prezidenti Mixail Poqosyan bəyan edib ki, Pekin Su-35 qırıcı təyyarələrinin iri partiyasını əldə etmək niyyətindədir.
Oktyabrda vitse-prezident Dmitri Roqozin yaxın günlərdə, bu qəbildən olan 24 qırıcının alınmasına dair müqavilənin bağlanacağını bildirmişdi.
Mənbə:> Oxu.Az