“Şarl de Qoll” İŞİD-ə qarşı
Fransanın “Şarl de Qoll” təyyarə daşıyan gəmisi çərşənbə günü Tulon şəhərinin limanını tərk edərək Suriyaya tərəf istiqamət götürüb, France info məlumat yayıb.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, gəminin və onu müşayiət edən digər gəmilərin üç gün sonra Şərqi Aralıq dənizinə çatması gözlənilir. Daha sonra “Şarl de Qoll” fransız ordusunun Suriyada İŞİD-ə qarşı əməliyyatlarında iştirak edəcək.
Radiostansiya təyyarə daşıyan gəminin göyərtəsində hal-hazırda 28 hərbi təyyarənin – 18 Rafale və səkkiz Super-Etendard, eləcə də beş helikopterin olmasını xatırladıb.
Fransız hərbi komandanlığında gəminin Suriya sahillərində əməliyyatlarının başa çatmasının mümkün tarixini açıqlamırlar.
Mənbə:> Oxu.Az